“Kəsilməz internet” hər gün təxminən 33 dəqiqə kəsilir
Minlərlə Starlink terminalının monitorinqi peyk internetində gündəlik kəsintilərin yaşandığını göstərib.
TodayPress TV xəbər verir ki, BGR-nin məlumatına görə, Starlink bağlantısı sutkada orta hesabla 33 dəqiqə, yəni ümumi vaxtın təxminən 2,3%-i ərzində kəsilir.
Mütəxəssislər bildirirlər ki, kəsintilərə kabel və avadanlıq problemləri, şəbəkənin yüklənməsi, ağac və binaların siqnalın qarşısını kəsməsi, həmçinin güclü yağış və qar səbəb ola bilər.
Araşdırmaya görə, bəzi hallarda problemi avadanlığı yenidən işə salmaq və antenanın daha açıq əraziyə yerləşdirilməsi ilə aradan qaldırmaq mümkündür.
Kübra Musayeva