Keçmiş ABŞ Prezidentinin vəziyyəti AĞIRLAŞDI

Keçmiş ABŞ Prezidentinin vəziyyəti AĞIRLAŞDI
09.08.2026 10:45 Dünya

Keçmiş ABŞ Prezidenti Cozef Baydenin oğlu Hanter Bayden atasının xərçənginin yayıldığını və sümüklərinə metastaz verdiyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bu barədə Hanter Bayden "BBC"yə verdiyi müsahibədə danışıb.

Xərçənglə mübarizəni izləməyin çətin olduğunu bildirən Hanter atasının xərçənginin yayıldığını, sümüklərinə və digər nahiyələrə metastaz verdiyini qeyd edib.

Xatırladaq ki, C. Baydenin ofisi 2025-ci ilin mayında keçmiş prezidentə “aqressiv prostat xərçəngi” diaqnozu qoyulduğunu açıqlamışdı.

Onun sözçüsü 2025-ci ilin oktyabrında verdiyi açıqlamada keçmiş ABŞ Prezidentinin prostat xərçənginin müalicəsinin bir hissəsi olaraq şüa terapiyasına başladığını bildirmişdi.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
09 AVQUST 2026
Bütün Xəbərlər