Kaya Kallas Ermənistana səfər edəcək
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Ermənistana səfər edəcək.
TodayPress TV xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb.
Məlumata görə, səfər iki gün davam edəcək.
Kallasın ölkənin xarici işlər naziri Ararat Mirzoyanla görüşəcəyi vurğulanıb.
Aynur TAC