Kanada ABŞ-yə cavab verməyə hazırlaşır: 50%-lik tarif təhlükəsi böyüyür

Kanada ABŞ-yə cavab verməyə hazırlaşır: 50%-lik tarif təhlükəsi böyüyür
26.08.2026 10:12 Dünya

ABŞ Kanadadan idxal olunan avtomobillərə və avtomobil hissələrinə 50 faizlik tarif tətbiq edərsə, Ottava buna cavab olaraq yeni tariflər tətbiq edəcək.

TodayPress TV xəbər verir ki, Kanadanın sənaye naziri Melani Colinin sözlərinə görə, artıq ölkədə fəaliyyət göstərən "Ford", "Honda" və "Toyota" şirkətlərinin rəhbərləri ilə məsələ müzakirə olunub.

Kanada hökuməti həmçinin gələn aydan etibarən təxminən 28 milyard dollar dəyərində ABŞ məhsullarına tarif tətbiq etməyə hazırlaşır. Məhdudiyyətlər polad, süd məhsulları, məişət texnikası, kənd təsərrüfatı avadanlıqları, kağız, sellüloz və elektronika kimi sahələrə şamil olunacaq.

Ottava tariflərdən zərər çəkə biləcək Kanada şirkətləri və işçilərinə dəstək üçün 7,5 milyard dollar ayıracağını açıqlayıb.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl Kanada avtomobilləri, avtomobil hissələri və poladına qarşı 50 faizlik tariflərin gələn il yanvarın 1-dən tətbiq edilə biləcəyini bildirmişdi.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
26 AVQUST 2026
Bütün Xəbərlər