Kamçatkada 5,7 bal gücündə zəlzələ oldu
Kamçatka ərazisində 5,7 bal gücündə zəlzələ baş verib.
TodayPress TV xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidməti məlumat yayıb.
Məlumata görə, zəlzələnin ocağı 54 km dərinlikdə yerləşib. Yeraltı təkanlar Petropavlovsk-Kamçatskidən 474 km cənubda qeydə alınıb.