Kallas: “Serbiya strateji seçim qarşısındadır”

Kallas: “Serbiya strateji seçim qarşısındadır”
23.05.2025 10:11 Dünya

“Avropa İttifaqına üzv olmaq istəyən Serbiya hazırda “harada olmaq istədiyini” müəyyən etməlidir və qarşısında strateji, geosiyasi seçim durur”.

TodayPress TV xəbər verir ki, bu fikirləri Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas “Associated Press”ə açıqlamasında səsləndirib.

“Serbiya harada olmaq istədiyinə qərar verməlidir. Bu, təkcə siyasi yox, həm də geostrateji seçimdir” deyə Kallas bildirib.

Onun sözlərinə görə, Serbiyanın “Avropa gələcəyi” onun müdafiə etdiyi dəyərlərdən asılı olacaq.

Qiymət Mahir

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər