Kallas: "Aİ Rusiya ilə razılaşmalara etibar etmir"
"Avropa İttifaqı Rusiya ilə razılaşmalara etibar etmir".
TodayPress TV “TASS”a istinadən xəbər verir ki, bunu Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Kaya Kallas ittifaqın fövqəladə onlayn sammitindən sonra bəyan edib.
Onun sözlərinə görə, Aİ Ukrayna Silahlı Qüvvələrinə təlim keçəcək və Moskvaya qarşı sanksiyaları davam etdirəcək.
Aynur TAC