Jurnalistin ruslarla bağlı dediyi söz işdən çıxarılmasına səbəb ola bilər

Jurnalistin ruslarla bağlı dediyi söz işdən çıxarılmasına səbəb ola bilər
10.08.2026 09:54 Dünya

Almaniyada “Frankfurter Allgemeine Zeitung” (FAZ) qəzetinin jurnalisti Maykl Martensin ruslarla bağlı açıqlamalarına görə işdən çıxarılması tələbi ilə petisiya başladılıb.

TodayPress TV "TASS"a istinadən xəbər verir ki, petisiya “Change.org” platformasında yayımlanıb.

Təşəbbüskarlar Martensin avqustun 8-də Belqradda Serbiya Prezidenti Aleksandr Vuçiç və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə keçirilən mətbuat konfransında rusların öldürülməsi ilə bağlı ifadə işlətməsini jurnalist qərəzsizliyi baxımından qəbuledilməz hesab edirlər.

Petisiyada "FAZ" rəhbərliyindən jurnalistin açıqlamalarından məsafə saxlaması və onunla bağlı müvafiq kadr tədbiri görməsi tələb olunur.

Martensin açıqlamalarını geri götürmədiyi, əksinə, həmin ifadələri müdafiə etdiyi bildirilir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova da jurnalistin açıqlamalarını tənqid edib və onu Rusiyaya qarşı ksenofobik fikirlər yaymaqda ittiham edib.

Jalə Rövşən 

XƏBƏR LENTİ
10 AVQUST 2026
Bütün Xəbərlər