İtaliyada inflyasiya səviyyəsi 1,6 faiz oldu

İtaliyada inflyasiya səviyyəsi 1,6 faiz oldu
02.10.2025 08:21 Dünya

Sentyabrda İtaliyada inflyasiya göstəricisi əvvəlki ayla müqayisədə dəyişməyərək 1,6 faiz təşkil edib.

TodayPress TV xəbər verir ki, bu barədə İtaliya Milli Statistika İnstitutu məlumat yayıb.

Ötən ay istehlak qiymətləri indeksi avqust ilə müqayisədə 0,2 faiz azalıb. İstehlak məhsullarının qiymət artımı 2,1 faiz olub. Ərzaq, məişət əşyaları və fərdi qulluq məhsullarının qiymətləri isə 3,2 faiz artıb.

Aynur TAC

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər