“İstəklilər koalisiyası” Ukraynada atəşkəsə çağırdı
Ukraynanın avropalı müttəfiqləri “İstəklilər koalisiyası”nın telekonfransında Ukraynanın silahlandırılmasını dayandırmaq öhdəliyi olmadan hərbi əməliyyatları dayandırmağa və Rusiyaya təzyiqi davam etdirməyə çağırıblar.
TodayPress TV xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
“Telekonfrans iştirakçıları diqqəti əsas məqamlara yönəldiblər ki, bunlar da hərbi əməliyyatların dərhal dayandırılması və sanksiyalarla təzyiqin saxlanması öhdəliyidir”, - deyə məlumatda deyilir.