"İstefa verməyəcəm, mübarizə aparacam!" - Pezeşkian
İran Prezidenti Məsud Pezeşkian onun istefası barədə yayılan xəbərlərin həqiqətə uyğun olmadığını və vəzifəsinin icrasını davam etdirəcəyini bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, əhaliyə videomüraciətində məlumat verib.
"Əgər istefa versəm, bunu ictimaiyyətə açıqlayacam. Mən istefa verməyəcəm, mübarizə aparacam", - deyə lider vurğulayıb.
Dövlət başçısı, həmçinin İranın Ali Rəhbəri Müctəba Xamenei və Silahlı Qüvvələrlə fikir ayrılıqlarının olması barədə xəbərləri təkzib edərək, hərbi rəhbərliklə tam koordinasiyalı şəkildə işlədiyini bildirib.
Aysel Mətləb