İstanbul məktəblərində YENİ QƏRAR: Məscidlər yaradılacaq

İstanbul məktəblərində YENİ QƏRAR: Məscidlər yaradılacaq
03.08.2026 23:42 Dünya

İstanbul Valiliyi şəhərin 39 rayonuna rəsmi məktub göndərərək məktəblərdə ibadət üçün uyğun sahələrin ayrılmasını tapşırıb.

TodayPress TV xəbər verir ki, sənədə əsasən, yeni tikiləcək məktəblərin layihələrində kütləvi ibadət üçün kifayət qədər tutuma malik məscidlərin yaradılması nəzərdə tutulacaq.

Hazırda fəaliyyət göstərən məktəblərdə isə fiziki imkan olduğu halda uyğun otaq və ya sahə cümə məscidinə çevriləcək.

Qərarın əsas məqsədinin şagirdlərin ibadət etmək üçün məktəb ərazisini tərk etməsinin qarşısını almaq, onların təhlükəsizliyini təmin etmək və tədris prosesində fasilələrin yaranmasına yol verməmək olduğu bildirilib.

Kübra Musayeva

XƏBƏR LENTİ
04 AVQUST 2026
Bütün Xəbərlər