İsraildə İranın hücumu nəticəsində 5 nəfər yaralandı

Dünya

26.03.2026 11:15

İsrailin Kəfr-Qasim şəhərinə İranın endirdiyi zərbə nəticəsində 5 nəfər yüngül yaralanıb.

TodayPress TV  xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.

Zərərçəkənlər kasetli sursatın partlaması nəticəsində xəsarət alıblar və xəstəxanaya çatdırılıblar.

Qeyd olunub ki, İranın zərbəsi nəticəsində şəhərdəki bir sıra obyektlərə ziyan dəyib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

TodayPress TV 

tag: İsrail,İran ,Kəfr-Qasim,Xəsarət ,Todaypress.tv,