İsrail qüvvələri Livanın cənubunda partlayışlar törədir
İsrail qüvvələri Livanın cənubundakı Nabatiyə vilayətində Markaba və Rab əl-Təlathin kəndləri arasında partlayış əməliyyatları həyata keçirib.
TodayPress TV xəbər verir ki, bu barədə Livanın Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.
Məlumata görə, Nabatiyə rayonunda Kfar Təbnit və Arnun kəndləri arasındakı ərazidə də partlayışlar həyata keçirilib.
Aysel Mətləb