İsrail Qəzzada 100 hərbi hədəfə hücum edib
İsrail Hərbi Hava Qüvvələri bir gündə Qəzza zolağında 100 hərbi obyektə zərbələr endirib.
TodayPress TV xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Son 24 saat ərzində İsrail Hərbi Hava Qüvvələri Qəzza zolağının bütün ərazisində 100 hədəfə zərbə endirib” bəyanatda deyilir.
Mətbuat xidməti hücuma məruz qalan hədəflər arasında hərbi tikililər və yeraltı obyektlərin olduğunu da qeyd edib.