İsrail ordusu HƏMAS üzvünü hədəf aldı
İsrail ordusu Suriyanın cənubunda yerləşən Məzrət Beyt Cin qəsəbəsinin yaxınlığına hava zərbəsi endirib.
TodayPress TV xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, zərbə Fələstin təşkilatı HƏMAS-ın üzvü olan şəxsi hədəfə alıb. Həmin şəxsin kimliyi açıqlanmayıb.
Ordu hadisə ilə bağlı əlavə məlumat verməyib.
Türkan İsgəndərli