İsrail ordusu bir gündə 200 hədəfə zərbə endirdi
İsrail ordusu Livandakı “Hizbullah”a məxsus hədəflərə zərbələr endirməyə davam edir və son bir gün ərzində orada 200-dən çox hədəfə zərbə endirib.
TodayPress TV xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat verib.
"İsrail Müdafiə Qüvvələri son 24 saat ərzində Livanda “Hizbullah”ın 200-dən çox hədəfinə zərbə endirib", - deyə bəyanatda bildirilib.
Mətbuat xidməti qeyd edib ki, ordu Livandan İsrail ərazisinin atəşə tutulmasının qarşısını almaq üçün buraxılış məntəqələrinə zərbələr endirməyə davam edir.
Aysel Mətləb