İsrail müharibə üçün ABŞ-dən "yaşıl işıq" gözləyir

İsrail müharibə üçün ABŞ-dən "yaşıl işıq" gözləyir
23.04.2026 23:00 Dünya

İsrail İrana qarşı müharibəni davam etdirməyə hazırdır və Vaşinqtonun qərarını gözləyir.

TodayPress TV xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri İsrael Katz bəyan edib.

"Biz Xamenei sülaləsinin məhvini başa çatdırmaq və İranı daş dövrünə qaytarmaq üçün ABŞ-dən yaşıl işıq gözləyirik", - deyə o, video müraciətində bildirib.

Katz həmçinin İsrailin həm müdafiəyə, həm də hücuma hazır olduğunu, hətta hədəflərin müəyyən edildiyini vurğulayıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər