İsrail Livana zərbə endirdi
İsrail hərbçiləri Cənubi Livana yenidən zərbələr endiriblər.
TodayPress TV xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərbənin endirilməsində məqsəd "Hizbullah"ın hərbi qanadına daxil olan iki israillinin öldürülməsi olub.
Birinci zərbə Livanın Baraşit qəsəbəsinə endirilib, nəticədə "Radvan" qüvvələrinin tərkibindəki bölmələrdən birinin komandiri öldürülüb. İki saat sonra "Hizbullah"ın hərbi dəstələrindən daha bir üzvün Beyt-Lif qəsəbəsi ərazisində zərərsizləşdirilib.