İsrail İranın kosmik tədqiqat mərkəzinə zərbə endirdi

Dünya

14.03.2026 15:49

İsrail Müdafiə Qüvvələri (İMQ) İranın əsas kosmik tədqiqat mərkəzini məhv etdiyini bildirib.

TodayPress TV xəbər verir ki, bu barədə qurumun "Telegram" kanalında məlumat verilib.

Məlumata görə, mərkəz İran silahlı qüvvələrinin tərkib hissəsi hesab olunurdu. Burada hərbi peyklərin hazırlanması, müşahidə və kəşfiyyat məlumatlarının toplanması, həmçinin Yaxın Şərqdəki hədəflərin müəyyənləşdirilməsi üçün istifadə olunan strateji laboratoriyalar fəaliyyət göstərirdi.

İsrail ordusu həmçinin İranın bir neçə hava hücumundan müdafiə sistemləri istehsal edən müəssisəsinə də zərbələr endirdiyini açıqlayıb. Bildirilib ki, bu zərbələr çərçivəsində hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün istifadə olunan əsas zavod hədəfə alınıb və bunun Tehranın hava müdafiə sistemlərini bərpa etmək imkanını əhəmiyyətli dərəcədə azaltdığı iddia olunur.

Türkan İsgəndərli

TodayPress TV

tag: İsrail,İran,Kosmik mərkəz,Zərbə,Todaypress.tv,