İsrail İordan çayının qərb sahillərinə hücum etdi, yaralananlar var

İsrail İordan çayının qərb sahillərinə hücum etdi, yaralananlar var
06.09.2026 09:45 Dünya

İsrail qüvvələri İordan çayının qərb sahilində yerləşən Qalqiliyə şəhərinə hücum zamanı fələstinli uşağı ayağından güllələyib.

TodayPress TV xəbər verir ki, bu barədə "WAFA" agentliyi məlumat yayıb.

Həmçinin Cenində İsrail qüvvələrinin atəş açması nəticəsində 50 yaşlı kişi yaralanıb.

Bundan əlavə, İsrail ordusu Tubasın şimalında yerləşən Əqəbədə azı doqquz fələstinlini həbs edib. Əsgərlər evlərdə axtarış aparıb, bir avtomobili müsadirə edib və şəhərdə gənc kişiləri sorğu-sual ediblər.

Aysel Mətləb

XƏBƏR LENTİ
06 SENTYABR 2026
Bütün Xəbərlər