İsrail "Hizbullah"la danışıqlarda atəşkəsi müzakirə etməyəcək

Dünya

11.04.2026 10:15

Yəhudi dövlətinin Vaşinqtondakı səfiri Yechiel Laiter şiə hərəkatı "Hizbullah"ı İsrail və Livan arasında “sülhə əsas maneə” adlandırıb.

TodayPress TV O bildirib ki, aprelin 14-də ABŞ-ın rəhbərliyi ilə keçiriləcək danışıqlarda livanlı həmkarı Nada Hammada-e-Muavvad ilə Hizbullahla atəşkəs məsələsi müzakirə olunmayacaq.

“The Times of Israel” qəzeti Laiterin sözlərinə istinadən yazır: “İsrail, İsrailə hücumlarını davam etdirən və iki ölkə arasında sülhə əsas maneə olan Hizbullah terror təşkilatı ilə atəşkəs barədə danışıqlar aparmaqdan imtina edir”.

Livan prezident administrasiyası isə daha əvvəl bildirmişdi ki, səfirlər aprelin 14-də ABŞ Dövlət Departamentinin binasında atəşkəs məsələsini müzakirə etmək üçün görüşmək barədə razılığa gəliblər.

Jalə Rövşən 

TodayPress TV

tag: Yəhudi dövləti,Vaşinqton, Yechiel Laiter,Hizbullah,Todaypress.tv,