İsrail "Hizbullah" mövqelərinə zərbə endirdi

İsrail "Hizbullah" mövqelərinə zərbə endirdi
05.09.2026 13:57 Dünya

İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın mövqelərinə qarşı yeni zərbələr endirib.

TodayPress TV xəbər verir ki, ordunun məlumatına görə, hücumlar "Hizbullah"ın İsrail hərbçilərinə pilotsuz uçuş aparatı ilə hücum etməsindən sonra həyata keçirilib.

Hadisə zamanı İsrail əsgərlərindən heç biri xəsarət almayıb. İsrail ordusu cavab zərbələri zamanı "Hizbullah"ın silah anbarlarını, hərbi infrastrukturunu və döyüşçülərini hədəf aldığını açıqlayıb.

İsrail tərəfi eyni zamanda Livanın cənubunda atəşkəs razılaşmasına əməl etdiyini bildirib.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
05 SENTYABR 2026
Bütün Xəbərlər