İsrail HƏMAS rəhbərliyini vurdu
İsrail ordusu Hərbi Hava Qüvvələrinin köməyi ilə HƏMAS rəhbərliyinə zərbə endirib.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyinin “Telegram” kanalında məlumat verilib.
Bildirilib ki, hədəf alınan şəxslər uzun müddət HƏMAS-ın rəhbərliyində təmsil olunublar və İsrailə qarşı aparılan müharibədə birbaşa məsuliyyət daşıyırlar.
Ordudan verilən məlumata görə, zərbə endirilməzdən əvvəl mülki əhali arasında itkilərin qarşısını almaq məqsədilə dəqiq silahlar və əlavə kəşfiyyat məlumatlarından istifadə olunub.
Aysel Mətləb