İsrail HƏMAS-ın silah istehsalçısını zərərsizləşdirdi
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının mərkəzində yerləşən Nuseyrat qaçqın düşərgəsində HƏMAS-ın silah istehsalı şöbəsinin rəhbəri Bəşər Tabeti öldürdüyünü açıqlayıb.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Ordu bildirib ki, Tabet HƏMAS-ın silah istehsalı qərargahında tədqiqat və inkişafa cavabdeh olub.
Əməliyyatın dəqiq tarixi və digər təfərrüatlar açıqlanmayıb.