İsrail HAMAS-ın komandir müavinini zərərsizləşdirdi
İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HAMAS-a məxsus "Əl-Furqan" batalyonunun komandir müavininin zərərsizləşdirildiyini bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, zərərsizləşdirilən radikal Qəzza zolağında İsrail ordusunun bölmələrinə qarşı təşkil edilən çoxsaylı hücumların hazırlanmasında iştirak edib.