İspaniyada turist avtobusu dərəyə aşdı- Ölən və yaralananlar var

Dünya

11.04.2026 08:31

İspaniyanın La-Qomera adasında britaniyalı turistləri daşıyan avtobusun dərəyə aşması nəticəsində azı bir nəfər ölüb, 27 nəfər yaralanıb.

TodayPress TV "Reuters"ə istinadən xəbər verir ki, yaralılardan üçünün vəziyyəti ağırdır.

Məlumata görə, zərərçəkənlər helikopterlə xəstəxanaya çatdırılıblar. Sərnişinlər arasında 27 Böyük Britaniya vətəndaşı olub.

Avtobusun yerli turizm şirkətinə məxsus olduğu qeyd olunur. Hadisənin səbəbləri araşdırılır.

TodayPress TV

tag: İspaniya, Qəza, Avtobus, Hadisə, Turist, todaypress.tv,