İspaniya İtaliyanı cavab tədbirləri ilə hədələdi - Seutada nə baş verir?
İtaliya Afrikanın şimal sahillərində yerləşən İspaniyanın Seuta anklavına qanunsuz miqrant axınından sonra tətbiq etdiyi sərhəd nəzarətini ləğv etməyəcəyi təqdirdə cavab tədbirləri görəcək.
TodayPress TV xəbər verir ki, bu barədə İspaniya hökumətinin bəyanatında deyilir.
"Avqustun 9-dək bu baş verməzsə, İspaniya öz vətəndaşlarının maraqlarını və ləyaqətini qorumaq üçün mütənasib tədbirlər görməyə məcbur olacaq", - deyə bildirilib.
Sənədə əsasən, avqustun 1-də İtaliya hökuməti İspaniyaya münasibətdə sərhəd nəzarəti tətbiq edib ki, bu da "minlərlə sərnişinin hərəkətinə təsir göstərib və yay mövsümünün qızğın vaxtında hüquqi qeyri-müəyyənlik yaradıb".
İspaniya hökuməti qeyd edir ki, müasir tarixdə analoqu olmayan bu tədbir əvvəlcədən xəbərdarlıq edilmədən, birtərəfli qaydada və nə Şengen Sərhəd Məcəlləsinə, nə də reallığa uyğun gəlməyən "uydurma arqumentlər əsasında" qəbul edilib.
Aysel Mətləb