İspaniya Baş naziri nüvə silahlanmasına qarşı çıxdı
Dünya
14.02.2026 20:15
İspaniyanın Baş naziri Pedro Sançes nüvə silahlanmasının genişləndirilməsinə qarşı olduğunu bəyan edib.
TodayPress TV xəbər verir ki, bu barədə “Interfax” məlumat yayıb.
Baş nazirin sözlərinə görə, nüvə çəkindirməsi silahlı münaqişələrin qarşısını almaq üçün həm həddindən artıq baha başa gələn, həm də təhlükəli üsuldur. Pedro Sançes Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı bildirib ki, 70 il əvvəlki nəsillər də bu metodun riskli və səmərəsiz olduğu qənaətinə gəlib.
O qeyd edib ki, nüvə çəkindirmə sistemi böyük həcmdə dövlət investisiyaları tələb edir və texniki səhvlər, eləcə də insan faktoru baxımından risklərdən tam sığortalanmayıb. Baş nazir vurğulayıb ki, bu mexanizm “sıfır səhv” tələb edir və dağıntıların qarşısını almaq üçün daimi nəzarət və korrektə mexanizmlərinə ehtiyac duyur.
Pedro Sançes əlavə edib ki, nüvə dövlətləri keçmişin dərslərini unudaraq arsenalını yenidən genişləndirirlər.
Aysel Mətləb
tag: Münhen,Konfrans,Pedro Sançes,Nüvə,Todaypress.tv,
