İrlandiyada yanacaq qiymətlərinə qarşı etirazlar davam edir

Dünya

13.04.2026 17:54

ABŞ-nin İrana qarşı müharibəsindən sonra yanacaq qiymətlərinin artması ilə bağlı İrlandiyada etirazlar artıq yeddinci gündür davam edir.

TodayPress TV xəbər verir ki, bu barədə “The Irish Times” qəzeti məlumat yayıb.

7 apreldə nəqliyyat şirkətləri və kənd təsərrüfatı podratçıları yolların və yanacaq anbarlarının blokadaya alınması ilə nəticələnən etiraz aksiyalarına başlayıblar.

13 apreldə etirazlar əsasən yolların bağlanması ilə məhdudlaşıb.

Məlumata görə, İrlandiya hökuməti qiymət artımı fonunda etirazları azaltmaq məqsədilə benzin və dizelə 505 milyon avro dəyərində vergi endirimi elan edib.

Türkan İsgəndərli

TodayPress TV

tag: İrlandiya,Yanacaq,ABŞ,İran,Todaypress.tv,