İrəvanda yanacaqdoldurma məntəqəsində partlayış: iki nəfər yaralandı

İrəvanda yanacaqdoldurma məntəqəsində partlayış: iki nəfər yaralandı
12.01.2026 14:06 Dünya

İrəvanda yanacaqdoldurma məntəqəsində partlayış olub.

TodayPress TV  "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, hadisə yanvarın 9-u saat 14:00 radələrində "Raçya Koçara" küçəsi baş verib.

Məlumata görə, qaz sayğacı partlayışı nəticəsində 50 yaşlı Armen A. və 63 yaşlı Bayandur A. yaralanıb.

Hər iki şəxs Heratsi Universitetinin 1 nömrəli xəstəxanasına yerləşdirilib. Yaralılardan biri tibbi yardım aldıqdan sonra evə buraxılıb, digəri isə sabah əməliyyat olunacaq.

Hadisə yerinə polis əməkdaşları gəlib və müvafiq sənədlər hazırlanaraq Ermənistan İstintaq Komitəsinə göndərilib.

Qeyd edilib ki, ilkin araşdırma təhlükəsizlik qaydalarının pozulması və partlayıcı obyektlərlə bağlı cinayət maddəsi üzrə aparılır.

Jalə Rövşən 

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər