İrəvanda Aİ Nümayəndəliyinin binası qarşısında aksiya keçirilir

Dünya

23.01.2026 13:25

Ermənistanın “Vətən” partiyasının üzvləri Xaçik Qalstyan və Aram Köçəryanın həbsi ilə əlaqədar İrəvanda Avropa İttifaqı (Aİ) Nümayəndəliyinin binası qarşısında partiya tərəfindən təşkil edilən etiraz aksiyası keçirilir.

TodayPress TV xəbər verir ki, bu barədə Erməni KİV-i məlumat yayıb.

Partiyanın icra orqanının üzvü Babken Harutyunyanın jurnalistlərə verdiyi məlumata görə, hazırda iki partiya nümayəndəsi həbsdədir. O vurğulayıb ki, "demokratik Ermənistanda" müxalifət baxışlarına malik siyasətçilər, keşişlər və jurnalistlər həbsdədir, lakin, baş nazir Nikol Paşinyanın on illərdir korrupsiya və soyğunçuluqda ittiham edərək tənqid etdiyi vəzifəli şəxslər azadlıqda qalırlar.

Harutyunyanın sözlərinə görə, “Vətən” partiyası yarandığı gündən bəri Paşinyanı narahat edir və çoxdan gözlənilən hakimiyyət dəyişikliyi baş verənə qədər mübarizəni dayandırmaq niyyətində deyil.

Bildirilib ki, etiraz aksiyası zamanı Xaçik Qalstyan və Aram Köçəryanın müdafiəsinə həsr olunmuş məktub Aİ nümayəndə heyətinə təqdim edilib.

Xatırladaq ki, partiyanın Baş katibi Xaçik Qalstyan dekabrın 30-da saxlanılıb. Daha sonra partiyanın digər nümayəndəsi Aram Köçəryanın saxlanılması barədə məlumatlar yayılıb. Hər ikisi bələdiyyə seçkiləri zamanı rüşvət paylamaqda ittiham olunub.

Aysel Mətləb

TodayPress TV

tag: Ermənistan,İrəvan,Xaçik Qalstyan, Aram Köçəryan,Todaypress.tv,