İraqda Türkiyə taboruna hücum -10 hərbçi yaralandı
İraqda Türkiyə taboruna pilotsuz uçuş aparatları ilə hücum nəticəsində 10 hərbçi yaralanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan deputat Şamil Tayvar deyib.
Hücumun PKK terror təşkilatının təşkil etdiyi ehtimal olunur.
Bildirilib ki, yaralananlar xəstəxanaya yerləşdiriliblər.
Aynur TAC