İraqda 6 milyon silah qeydiyyata alındı, 71 saxta mərkəz bağlandı
İraq Daxili İşlər Nazirliyi dövlət nəzarətinə götürülməsi çərçivəsində 6 milyon silahın qeydiyyata alındığı məlumat bankının yaradıldığını və Haşdi Şabi ilə əlaqəli 71 saxta mərkəzin bağlandığını açıqlayıb.
TodayPress TV xəbər verir ki, İraq Daxili İşlər Nazirliyinin Əlaqələr və Mətbuat İdarəsinin rəhbəri, briqada generalı Mikdad Miri paytaxt Bağdadda mətbuat konfransı keçirib.
O bildirib ki, silahların tənzimlənməsi məqsədilə yaradılan komissiya ilk dəfə ölkə üzrə 6 milyon silahı əhatə edən "məlumat bankı" yaratmağa nail olub.
Miri komissiyanın fəaliyyəti çərçivəsində Haşdi Şabi qüvvələrinə bağlı olduğunu iddia edən 71 saxta mərkəzin bağlandığını bildirib. O, həmçinin aralarında "lisenziya müddəti" başa çatanların da olduğu 119 silah satış mağazasının bağlandığını qeyd edib.
Aysel Mətləb