İraq-Suriya xəttində gərginlik var? – Sərhəd generalından son dəqiqə bəyanatı
Suriya hərbi bölmələrinin İraqla sərhəd yaxınlığındakı hərəkəti İraq ordusunun nəzarəti və koordinasiyası altında həyata keçirilir.
TodayPress TV xəbər verir ki, bunu İraq Sərhəd Qoşunlarının komandanı general Məhəmməd əs-Saidi bəyan edib.
"Suriya ilə sərhəddə vəziyyət normaldır, Suriya tərəfində hərbi birləşmələrin hərəkəti bizim əməliyyatlarımız çərçivəsində və İraq qüvvələri ilə koordinasiya əsasında həyata keçirilir", – deyə İraq Sərhəd Qoşunlarının komandanı bildirib.
Onun sözlərinə görə, hazırda sərhəddə heç bir təhlükə yoxdur və Suriya tərəfi ilə daim məlumat mübadiləsi aparılır.
Aysel Mətləb