İranlı millət vəkili: “Ukrayna ərazisini İran üçün hədəfə çevirib”
Dünya
14.03.2026 19:30
İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin rəhbəri İbrahim Əzizi Ukraynanın öz ərazisini İran üçün hədəfə çevirdiyini bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsində yazıb.
"İsrail rejimini dronların köməyi ilə dəstəkləməklə, Ukrayna faktiki olaraq müharibəyə cəlb edilib və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, onun ərazisini İran üçün qanuni hədəfə çevirib", - deyə Əzizi qeyd edib.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu həftə İran dronlarına qarşı mübarizə ilə bağlı məsləhət vermək üçün Qətərə, Birləşmiş Ərəb Əmirliklərinə və Səudiyyə Ərəbistanına hərbi mütəxəssislər göndərəcəyini vurğulayıb.
Aysel Mətləb
tag: İran,Ukrayna,İbarhim Əzizi,Hədəf,TodayPress TV,
