İranla müharibə ABŞ ailələrinə yüzlərlə dollara başa gəldi
ABŞ-İsrailin İrana qarşı müharibəsi fonunda sürətlə artan qiymətlərə görə hər bir Amerika ailəsi əlavə 750 dollar xərcə düşür.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ-nin Demokratlar Partiyasından olan konqresmeni Riçard Nil Nümayəndələr Palatasının Büdcə və Vergi Məsələləri Komitəsindəki dinləmələr zamanı danışıb.
"Bir çox yerlərdə bir bak benzinin qiyməti demək olar ki, 50 faiz artıb. Bu, sarsıdıcı bir rəqəmdir. Administrasiya isə hələ də insanları inandırmağa çalışır ki, çəkdikləri bu əziyyət vətənpərvərlik naminə ikinci plana keçməlidir", – deyə Nil qeyd edib.
Aysel Mətləb