"İranın nüvə silahına yiyələnməməsi üçün əməliyyat uğurla gedir" - Tramp

"İranın nüvə silahına yiyələnməməsi üçün əməliyyat uğurla gedir" - Tramp
06.08.2026 21:44 Dünya

"İran məsələsində, ölkənin heç vaxt nüvə silahına sahib olmamasını təmin etmək məqsədilə həyata keçirilən əməliyyat çox uğurla gedir".

TodayPress TV xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.

O, həmçinin müdafiə naziri Pit Heqsetdən son dərəcə razı olduğunu və onun İrana qarşı həyata keçirilən əməliyyatı müdafiə etdiyini bildirib.

Tramp paylaşdığı mesajda "Hər şey qeyri adi idi" ifadəsini işlədərək əvvəlcə Venesuelanın sabiq prezidenti Nikolas Maduronun saxlanılmasına toxunub, daha sonra isə İrandakı vəziyyəti şərh edib.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Bütün Xəbərlər