İranın Hörmüz boğazı ilə bağlı yeni PLANI
İran Hörmüz boğazında yeni dəhliz, minaların birgə təmizlənməsi və gələcək idarəçiliyi üçün plan təklif edib.
TodayPress TV xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi "X" sosial şəbəkə hesabında yazıb.
"İranın sülh və sabitliyə sadiqliyi qonşularımızla yürüdülən sarsılmaz diplomatiya ilə müşayiət olunur. Pakistanlı (Quru Qoşunları komandanı Asim Munir) və omanlı (xarici işlər naziri Bədr əl-Busaidi) qonaqlarla aparılan danışıqlarda regional həll yolları vurğulanıb", - deyə paylaşımda bildirilib.