İran Baş Prokuroru Məhəmməd Movahedi ölkənin etirazçıların kütləvi edamını planlaşdırmadığını açıqlayıb və Trampın iddialarını təkzib edib.
TodayPress TV “Iran International”a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın bu yaxınlarda İranın 800 etirazçını edam etməyi planlaşdırdığı iddiaları təkzib olunub.
Movahedi qeyd edib ki, “İranın məhkəmə orqanları nə bu qədər məhbus, nə də belə bir qərar qəbul edib.” O, ölkənin məhkəmə sisteminin müstəqil olduğunu və xarici əmrlər almadığını vurğulayıb.
Yanvarın 16-da Donald Tramp İran hakimiyyətinə 800-dən çox etirazçının edamının dayandırılmasına görə təşəkkür edib. Yanvarın 9-da Tehran prokuroru Əli Salehi isə yanğın törətmək, dövlət əmlakını məhv etmək və təhlükəsizlik qüvvələri ilə silahlı toqquşmalarda ittiham olunan etirazçıların edam cəzası ilə üzləşə biləcəyini bildirmişdi.
Qeyd edək ki, dekabrın sonundan bəri İranda milli valyutanın məzənnəsinin aşağı düşməsi səbəbindən etirazlar davam edir. Tramp isə dəfələrlə bildirib ki, İran hakimiyyəti nümayişçiləri öldürməyə başlayarsa, ABŞ müdaxiləyə hazırdır.
Jalə Rövşən
