İrandan XƏBƏRDARLIQ! Bu dəfə Avropa da hədəfdə ola bilər

İrandan XƏBƏRDARLIQ! Bu dəfə Avropa da hədəfdə ola bilər
11.11.2026 21:35 Dünya

İran ABŞ ilə mümkün qarşıdurma fonunda Avropadakı Amerika hərbi bazalarını da hədəf ala biləcəyini açıqlayıb.

TodayPress TV xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi bildirib.

O, İranın Fars körfəzi ətrafında yerləşən səkkiz ölkənin – Oman, BƏƏ, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn, Küveyt, İraq və İranın daxil olacağı regional birlik yaratmaq niyyətində olduğunu deyib.

Rezayinin sözlərinə görə, nəzərdə tutulan ittifaq iqtisadiyyat, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığı əhatə etməlidir.

İran rəsmisi ABŞ-nin ölkəsinə hücum edəcəyi təqdirdə Tehranın yalnız regiondakı Amerika hərbi bazalarını deyil, Avropa ölkələrində yerləşən bəzi bazaları və ABŞ-nin uzaq hərbi obyektlərini də hədəfə ala biləcəyini vurğulayıb.

O, ərazisində ABŞ hərbi bazaları yerləşən ölkələrə İrana qarşı mümkün hərbi əməliyyatlarda Vaşinqtonla əməkdaşlıq etməmək barədə xəbərdarlıq edib.

Rezayi iddia edib ki, ABŞ təyyarələrinin İrana hücum etmək üçün havaya qalxdığı istənilən məkan Tehran tərəfindən təhdid kimi qiymətləndiriləcək.

Qeyd edək ki, İran rəsmisi ərəb ölkələri ilə əməkdaşlığa açıq olduqlarını da bildirib və ABŞ-yə qarşı zərbələr zamanı yalnız Amerika hərbi bazalarının hədəf alındığını iddia edib.

Kübra Musayeva

XƏBƏR LENTİ
12 NOYABR 2026
Bütün Xəbərlər