İrandan ŞOK İDDİA : İqlim silahını vurduq, ölkəni su götürdü
Dünya
23.04.2026 11:34
İran müharibənin ilk günlərində BƏƏ-də yerləşən gizli bulud toxumlama və iqlimə təsir mərkəzini vurduqdan sonra hər şey bir gecənin içində dəyişdi.
TodayPress TV xəbər verir ki, İranın bu iddiasına əsasən, həmin hadisədən sonra bölgədə hava şəraiti qısa müddətdə kəskin dəyişib:
İran və İraqda ardıcıl güclü yağışlar başlayıb, bəzi ərazilərdə yağıntılar davamlı xarakter alıb və temperaturun təxminən 5°C aşağı düşdüyü qeyd olunur.
İranın Qərbi Azərbaycan əyalətində vəziyyətlə bağlı verilən açıqlamaya görə, bölgədəki 17 su anbarından 7-si dolaraq daşma həddinə çatıb və artıq artıq su nəzarətli şəkildə Urmiya gölü istiqamətinə yönləndirilir.
Rəsmi mövqedə bildirilir ki, uzun illər davam edən quraqlıq bu prosesdən sonra zəifləyib, hətta bəzi bölgələrdə sel və daşqınlar müşahidə olunub. Əvvəllər su qıtlığı səbəbindən Tehran şəhərinin köçürülməsi ehtimalının belə gündəmdə olduğu xatırladılır.
İddialarda o da vurğulanır ki, sözügedən mərkəz yalnız elmi məqsəd daşımırdı, əksinə, regionda süni quraqlıq və səhralaşma yaratmaqla kənd təsərrüfatını və su ehtiyatlarını zəiflətmək üçün istifadə olunurdu.
Bu kontekstdə HAARP kimi layihələrə istinad edilərək iqlimə müdaxilə texnologiyalarının mümkünlüyü önə çəkilir. Hətta bəzi iddialarda bu cür sistemlərin keçmişdə Vietnam müharibəsi dövründə yağıntını artırmaq üçün istifadə olunduğu da qeyd edilir.
Bundan əlavə, İran tərəfi bölgədəki su böhranını da bu proseslə əlaqələndirir və xüsusilə Urmiya gölünün qurumasını süni iqlim manipulyasiyası ilə izah edir.
Jalə Rövşən
tag: İran ,Urmiya,Bulud toxumlama və iqlimə təsir ,BƏƏ,Todaypress.tv,
