İrandan AEBA müfəttişləri ilə bağlı iddialara təkzib

İrandan AEBA müfəttişləri ilə bağlı iddialara təkzib
23.06.2026 09:13 Dünya

İranda Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) müfəttişlərinin ölkəyə buraxılması ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirmədiyi bildirilib.

TodayPress TV xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.

Məlumata görə, AEBA nümayəndələrinin İrana girişinə icazə verilməsi nə İranın danışıqlar qrupu, nə də digər rəsmi dövlət qurumları tərəfindən təsdiqlənib.

Bəyanatda qeyd olunub ki, bu cür xəbərlər mövcud Anlaşma Memorandumunun müddəalarına ziddir və rəsmi mövqeni əks etdirmir.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
23 IYUN 2026
Bütün Xəbərlər