İrandan ABŞ-yə: “Keçməyə imkan verməyəcəyik, vuracağıq!”
İran Hörmüz boğazında cənub marşrutunun yaradılmasına imkan verməyəcək.
TodayPress TV xəbər verir ki, bunu İranın ali dini rəhbərinin hərbi müşaviri, general Möhsen Rezayi bildirib.
Rezayinin sözlərinə görə, ABŞ hərbi gəmisi həmin marşrutdan keçməyə cəhd göstərərsə, İran onu vuracaq.
“İran Hörmüz boğazında cənub marşrutunun yaradılmasına imkan verməyəcək. Oradan ABŞ hərbi gəmisi də keçsə, vuracağıq”, - deyə o bildirib.
Kübra Musayeva