İranda tanınmış rejissor həbs edildi

İranda tanınmış rejissor həbs edildi
05.06.2026 06:00 Dünya

İranın təhlükəsizlik qüvvələri tanınmış rejissor və ictimai fəal Səmira Novruz Nasirini həbs ediblər.

TodayPress TV xəbər verir ki, bu barədə rejissorun yaxınları məlumat yayıblar.

Məlumata görə, iyunun 1-də ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşları rejissorun evinə basqın edib, axtarış aparıb və ona məxsus mobil telefonla kompüteri müsadirə ediblər.

Səmira Novruz Nasirinin həbs olunma səbəbi və hazırda harada saxlanıldığı barədə rəsmi məlumat verilməyib.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər