İranda su böhranı kəskinləşdi

İranda su böhranı kəskinləşdi
10.11.2025 11:34 Dünya

İranda su çatışmazlığı kritik həddə çatıb. Ölkənin ikinci böyük şəhəri Məşhəddə bəndlərin doluluq səviyyəsi 3 faizdən aşağı enib.

TodayPress TV xəbər verir ki, bu barədə "Entekhab" agentliyinə Məşhəd Su və Kanalizasiya Şirkətindən açıqlama verilib.

“Məşhəddəki bəndlərdə su səviyyəsi hazırda 3 faizdən aşağıdır. Qış aylarında istehlak az olsa da, mövcud vəziyyət suya qənaətin artıq tövsiyə deyil, zərurət olduğunu göstərir”, - deyə şirkətin baş direktoru bildirib.

Qeyd edək ki, digər böyük şəhər Kərəcdə də vəziyyət ağırdır. Şəhərin əsas bəndində suyun doluluq səviyyəsi 8 faizə enib. Bəndin müdiri vurğulayıb ki, buradakı suyun böyük hissəsi ölü həcmdən ibarətdir və istifadəyə yararsızdır.

Xatırladaq ki, İran Prezidenti Məsud Pezeşkian noyabrın 7-dəki çıxışında Tehrandakı su böhranına toxunaraq xəbərdarlıq edib: 

“Əgər yağış yağmasa, gələn aydan Tehranda su məhdudiyyətlərinə keçməli olacağıq. Yağış davam etməzsə, suyumuz tükənəcək və şəhəri boşaltmağa məcbur qalacağıq”.

Aysel Mətləb

TodayPress TV 

XƏBƏR LENTİ
14 IYUN 2026
Bütün Xəbərlər