İranda qanlı etirazlar davam edir: General və direktor öldürüldü

Dünya

12.01.2026 11:27

İranda davam edən ümummilli etirazlar fonunda kinorejissor Cavad Qanci və Məşhəd şəhərinin narkotiklərlə mübarizə bölməsinin rəhbəri, general Cavad Keşavarz həlak olub.

TodayPress TV xəbər verir ki, bu barədə "Hengaw" xəbər mərkəzi və "The Sun" nəşri məlumat yayıb.

Bildirilib ki, kinorejissor hökumət qüvvələrinin birbaşa açdığı atəş nəticəsində öldürülüb. Həmçinin general Cavad Keşavarz da etirazlar zamanı həlak olub.

Bütün bunlara baxmayaraq, rəsmi dairələrə yaxın olan İranın "Tasnim" agentliyi paytaxtda gərginliyin azaldığını iddia edib. Agentliyin məlumatına görə, yanvarın 11-nə keçən gecə Tehranda son bir neçə günün ən sakit gecəsi olub.

Qeyd edək ki, hadisələr İran Prezidenti Məsud Pezeşkianın nümayişlərdə ölənlərin xatirəsinə ölkədə üç günlük matəm elan etdiyi bir vaxtda cərəyan edib.

Aysel Mətləb

TodayPress TV

tag: İran,Etiraz,Cavad Qanci,Cavad Keşavarz,Ölüm,Todaypress.tv,