İranda peşman olan Tramp Türkiyənin "könlünü alır"

Dünya

23.04.2026 18:45

ABŞ-nin F-35 proqramı və S-400 sanksiyaları ilə bağlı uzun müddətdir davam edən gərginlik yenidən diqqət mərkəzinə gəldiyi bir vaxtda, Türkiyə ilə mümkün diplomatik yumşalma siqnalları verilir.

TodayPress TV  "Fox News"a  istinadən xəbər verir ki, bunu ABŞ səfiri Tom Barrack ABŞ Türkiyə münasibətlərindən danışarkən deyib.

O bildirib ki, illərdir gərgin münasibətlərə baxmayaraq, Türkiyənin NATO ittifaqındakı əməliyyat rolunu vurğulayaraq onu “həyati müttəfiq” kimi xarakterizə edir.

Səfir qeyd edib ki, sanksiyalar və Türkiyənin S-400 hava hücumundan müdafiə sistemini əldə etməsindən sonra F-35 proqramından çıxarılması ikitərəfli münasibətləri daha da gərginləşdirib və bu vəziyyət Rusiyaya strateji baxımdan istəmədən üstünlük qazandırmış ola bilər.

Barrack həmçinin mübahisənin “bir neçə ay ərzində” ABŞ Dövlət katibi Marko Rubio tərəfindən aparılacaq məqsədyönlü diplomatik proses və Prezident Donald Tramp ilə Prezident Rəcəb Tayyib Ərdoğan arasında siyasi dialoqun dəstəyi ilə həll oluna biləcəyini irəli sürür.

Jalə Rövşən 

TodayPress TV

tag: ABŞ,Türkiyə ,İran ,Tom Barrack ,Todaypress.tv,