İranda internet bərpa olunur
Dünya
26.01.2026 13:04
İran ölkədə beynəlxalq internetə girişə qoyulan bütün məhdudiyyətləri aradan qaldırır.
TodayPress TV xəbər verir ki, bəzi iranlı mobil telefon abunəçiləri başqa ölkələrin veb-saytlarına yenidən baxa bildiklərini açıqlayıb.
Bununla belə, bəzi internet saytları üçün məhdudiyyətlər qüvvədə qalır.
Qeyd edək ki, ölkədə internetin bağlanması etirazların kütləvi iğtişaşlara çevrilməsinə səbəb olan xarici mesajlaşma proqramlarının təsirini cilovlamaq cəhdləri ilə bağlı idi.
Xatırladaq ki, 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında yerli valyutanın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi və artan iqtisadi çətinliklərə etiraz olaraq etirazlar başlanıb və qısa müddətdə bir çox şəhərə yayılıb.
8 yanvarda paytaxt Tehranda keçirilən etiraz aksiyaları zamanı baş verən hadisələrin şiddətlənməsindən sonra hökumət internetə çıxışı məhdudlaşdırıb.
Jalə Rövşən
tag: İran ,Məsud Pezeşkian,İnternet ,Məhdudiyyət ,Todaypress.tv,
