İranda inflyasiya 180 faizə çatır: Ölkə 12 ilə özünə gələcək

Dünya

14.04.2026 10:14

İran İslam Respublikasının Mərkəzi Bankının rəsmiləri hökuməti xəbərdar ediblər ki, mövcud vəziyyət davam edərsə, ölkədə inflyasiya səviyyəsi 180 faizə çata, işsizlərin sayı isə əlavə olaraq iki milyon nəfər arta bilər. 

TodayPress TV   xəbər verir ki, bu barədə “Iran International” məlumat yayıb.

Məlumatlı mənbələrin bildirdiyinə görə, Mərkəzi Bankın sədri Əbdülnasir Hemmati baş nazir Məsud Pezeşkiana ölkədə iqtisadi vəziyyətin yaxşılaşdırılması üçün ABŞ ilə razılığa gəlməyin və internet məhdudiyyətlərinin aradan qaldırılmasının vacibliyini vurğulayıb.

Hesabatda qeyd olunur ki, müharibə zamanı istehsal infrastrukturuna dəyən ziyan səbəbindən iki milyon nəfərin işsiz qalmaq riski var.

Hemmati İslamabadda ABŞ ilə aparılan son danışıqlarda İran nümayəndə heyətinin üzvü olub. Lakin 21 saat davam edən danışıqlar nəticəsiz başa çatıb.

Mənbələr əlavə ediblər ki, Pezeşkianın yaxın çevrəsi ölkənin iqtisadi vəziyyətindən ciddi narahatdır və ehtimal olunan iqtisadi iflas halında məsuliyyətin onun üzərinə qoyulacağından ehtiyat edir.

Jalə Rövşən 

TodayPress TV

tag: İran ,İnflyasiya ,İran İslam Respublikasının Mərkəzi Bankı,Əbdülnasir Hemmati,Todaypress.tv,